...

"Bir ovuc sonsuzluq" filminin çəkilişləri davam edir (FOTO)

Mədəniyyət Materials 14 Sentyabr 2015 15:22 (UTC +04:00)
Türk və azərbaycanlı aktyorları bir araya toplayan "Bir ovuc sonsuzluq" filminin çəkilişləri davam edir.
"Bir ovuc sonsuzluq" filminin çəkilişləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Türk və azərbaycanlı aktyorları bir araya toplayan "Bir ovuc sonsuzluq" filminin çəkilişləri davam edir.

Trend-in məlumatına görə, filmin yaradıcı heyəti hazırda İsmayıllı rayonunda gərgin qrafikle çalışır. Ağır dram janrında çəkilən film 1980-ci illərdə yaşanan hadisələrdən bəhs edir.

Filmin rejissoru-ssenaristi Battal Qazi Karabulak ekran işinin tamaşaçıya təsir edəcəyinə inanır: "Bir azərbaycanlı ailənin həyatını, başına gələn hadisələri əks etdirən bu filmə laqeyd qalmaq mümkün deyil. Filmdə güclü aktyor heyəti çalışır. Hər kəs filmin uğurlu alınması üçün əlindən gələni edir. "Bir ovuc sonsuzluq" təkcə Azərbaycanda deyil, Türkiyədə də nümayiş olunacaq".

Qeyd edək ki, ekran işində "Kurtlar vadisi" serialından tanığımız turkiyəli aktyor Selcuk Özer de rol alıb. Azərbaycana ilk dəfə mehz bu film üçün gələn aktyoru çox fərqli bir ampluada izləyəcəksiniz.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti