...

Əməkdar artist Aybəniz Haşımovayla görüş (FOTO)

Mədəniyyət Materials 29 Aprel 2016 14:08 (UTC +04:00)
Aprelin 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində "Bizim Evin Qonaqları” rubrikası çərcivəsində əməkdar artist, sevimli sənətkarımız Aybəniz Haşımova ilə görüş keçirilib.
Əməkdar artist Aybəniz Haşımovayla görüş (FOTO)

Bakı. Trend:

Aprelin 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində "Bizim Evin Qonaqları" rubrikası çərcivəsində əməkdar artist, sevimli sənətkarımız Aybəniz Haşımova ilə görüş keçirilib.

Trend-in məlumatıan görə, Aybəniz Haşımovanın "Vətəndən Pay Olmayır" klipi səsləndiriləndən sonra vətənin azadlığı, müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səhnəyə çıxan sənətkar fanatlarının sevgisi və alqışlarıyla qarşılanıb. Aparıcı Nuranə Axundovanın təqdimatında Aybəniz xanım və Bülbülləri ilə söhbət davam edib.

H.Sarabski adına Mədəniyyət evinin direktoru Tərlan Akçay çıxış edərək, bütün qonaqları salamlayıb və görüşün Aybəniz xanımın yaradıcılığında daima xüsusi yer tutan vətənpərvərlik mövzusuna həsr olunduğunu bildirib.

Tədbirdə həmçinin əməkdar artist Firuzə İbadova və tanınmış müğənni Yaqut Babayeva da iştirak ediblər. Aybəniz xanımın "Xalq Ulduzu" müsabiqəsinin qalibi Vəli Səfərovla dueti, tələbələrindən Müşfiq Əliyevin, Zülfü Əsədzadənin və balaca Bülbüllər Oğuzxan və Həsənin ifaları görüşə xüsusi rəng qatıb.

Sonda sənətkar bu gün ölkəmizdə milli ordumuzun torpaqlarımızın bir qismininin azad olmasıyla baglı ölkə başçımız cənab prezident İlham Əlivevə öz təşəkkrünü bildirib və görüşü "Sən Elə Bir Zirvəsən" mahnısı ilə yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti