“Qırmızı bağ” Almaniyada beynəlxalq film festivalına qatılır

Mədəniyyət Xəbər 11 Oktyabr 2016 09:00 (UTC +04:00)
Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb.
“Qırmızı bağ” Almaniyada beynəlxalq film festivalına qatılır

Bakı. Trend:

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, “Qırmızı bağ” festivala təqdim olunan 800 film arasından seçilərək 15 tammetrajlı bədii filmlər siyahısına daxil edilib. Festival 10-20 noyabr tarixlərində Almaniyanın Manhaym və Haydelberq şəhərlərində keçiriləcək.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınmışdır.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti