...

“Köpək patrulu” uşaqlara sevincli anlar yaşadıb (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2016 13:55 (UTC +04:00)
Moskvanın boy kuklaları şousu Bakıda Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi “Köpək patrulu”nun motivləri əsasında tamaşa təqdim edib.
“Köpək patrulu” uşaqlara sevincli anlar yaşadıb  (FOTO)

Bakı. Trend:

Moskvanın boy kuklaları şousu Bakıda Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi “Köpək patrulu”nun motivləri əsasında tamaşa təqdim edib.

Trend-in təşkilatçılardan aldığı məlumata görə, “Köpək patrulu” altı cəsur köpək balası və onlara başçılıq edən bir oğlandan ibarət komandadır. Zik Rayder və onun dördayaqlı dostları cəmiyyət naminə öz xidmətlərini layiqli aparıblar. Məzəli köpək balalarının yeni macəraları və şou tamaşaçıları parlaq və həyəcanlı tamaşa ilə sevindirib. Bu heyrətamiz əhvalat gənc tamaşaçılara xeyirxah, mərd, qayğıkeş olmağın, eləcə də özgə bəlaya biganə qalmamağın vacibliyi barədə bəhs edib.

Uşaqlar sevimli qəhrəmanları ilə görüşüblər, interaktiv oyunlarda iştirak ediblər və köpək balalarına bütün maneələrin öhdəsindən gəlməyə kömək ediblər.

Şounun informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti