...

Moskvada hərbi poliqonda Azərbaycanın mədəniyyət nümunələri nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 2 Avqust 2017 13:02 (UTC +04:00)
Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Moskvada hərbi poliqonda Azərbaycanın mədəniyyət nümunələri nümayiş olunub (FOTO)

Bakı. Trend:

Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti