...

Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı

Mədəniyyət Materials 25 Avqust 2017 12:47 (UTC +04:00)
Ukrayna Prezidenti Petro Poroşenko azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovu mükafatlandırıb.
Ukrayna Prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı

Bakı. Trend:

Ukrayna Prezidenti Petro Poroşenko azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovu mükafatlandırıb.

Trend-in məlumatına görə, Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə dövlət başçısı tərəfindən mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş S.Qurbanov da var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, S.Qurbanov Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti