...

Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək (FOTO)

Mədəniyyət Materials 20 Fevral 2018 13:53 (UTC +04:00)
Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin nümunəsi olan “Qızıl adam”ın geyimi gətiriləcək.
Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin nümunəsi olan “Qızıl adam”ın geyimi gətiriləcək.

Milli Azərbaycan Tarixi Muzeyindən Trend-ə verilən məlumata görə, Qazaxıstan Respublikası Milli Muzeyi ilə olunmuş razılaşmaya əsasən, 2018-ci ilin may- iyun aylarında Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” adlı sərgi keçiriləcək.

Tarixdə ilk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin 140-a yaxın nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi gətiriləcək:

"Qazaxıstan Respublikasının simvollarından biri “Qızıl adam” adı ilə tanınan tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkar edilmiş “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açdı. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı farqmentləri aşkar olunub. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti