...

“Nargis” Fondu Dünya Mehribanlıq gününə həsr edilmiş sosial videoçarx təqdim edib

Mədəniyyət Materials 19 Noyabr 2019 18:35 (UTC +04:00)
“Nargis” Fondu Dünya Mehribanlıq gününə həsr edilmiş sosial videoçarx təqdim edib.
“Nargis” Fondu Dünya Mehribanlıq gününə həsr edilmiş sosial videoçarx təqdim edib

Bakı. Trend:

“Nargis” Fondu Dünya Mehribanlıq gününə həsr edilmiş sosial videoçarx təqdim edib.

Fonddan Trend-ə verilən məlumata görə, bəzən bizə adi gələn gündəlik davranışlarımız, vərdişlərimiz ətrafımızdakılara ciddi təsir göstərə bilər. Bunu unutmamalıyıq ki, hər bir hərəkətimiz bizdən nümunə götürən insanlarda – uşaqlarımızda əks olunur.

13 Noyabr bütün dünyada Mehribanlıq günü kimi qeyd olunur. Bu günə özəl olaraq “Nargis” fondu hazırladığı sosial videoçarx vasitəsilə böyüklər və uşaqlar arasındakı düzgün münasibətlərin əhəmiyyəti çatdırmağa çalışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti