...

“Ömrümün səhifələri” adlı konsert təqdim edildi (FOTO)

Mədəniyyət Materials 26 May 2023 18:22 (UTC +04:00)
“Ömrümün səhifələri” adlı konsert təqdim edildi (FOTO)

Bakı. Trend:

Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Çoşqun Sadıqovun “Ömrümün səhifələri” adlı konserti təqdim edildi.

Azərbaycan cazı, caz musiqisinin qollarından biridir. O, xalq musiqisi və muğam harmoniyası ilə birləşərək etno-caz mədəniyyətimizdə öz yerini tutub. Şərqin muğamını qərbin dinləyicisi üçün caz dilinə ifadə edib yurda isə cazı doğma muğam dilinə çevirib təqdim edən Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadə oldu. Bu irsin davamçıları dəyərli, virtuoz musiqiçilərimiz bu gün də zövqlü və keyfiyyətli musiqini təbliğ edib yaşadırlar. Coşqun Sadıqov da bu sıradan olan musiqiçilərdəndir. 50 illik ömrünün 30 illik səhnə fəaliyyətinin hesabatını “Ömrümün səhifələri” adlı etno-caz konsert proqramı ilə təqdim edən balaban ifaçısını səhnədə birgə çalışdığı kollektivlər, Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblı və Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi caz qrupunun musiqiçiləri müşayiət etdi.

Gecədə Cəmil Əmirov, Səyavuş Kərimi, Əlibaba Məmmədov bəstələri ilə yanaşı milli rəqs və aşıq havalarımız caz improvizələrlə təqdim olundu.

Konsert proqramı böyük maraqla qarşılandı.

Xəbər lenti

Xəbər lenti