...

Tanınmış pianoçu ABŞ-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə əsər həsr etdi (VİDEO)

Mədəniyyət Materials 26 Fevral 2024 15:22 (UTC +04:00)
Tanınmış pianoçu ABŞ-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə əsər həsr etdi (VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, ABŞ-də "National Music & Global Culture Society" cəmiyyətinin banisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nərgiz Əliyarova Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ballad about Motherland" əsərini həsr edib.

Trend xəbər verir ki, musiqinin müəllifi Azərbaycanı Xalq artisti Faiq Sücəddinov, rejissoru isə Old Stone Films by Elmar Bayramovdur.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti