...

Bu il özünüməşğulluq proqramına 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır (YENİLƏNİB)

Gündəm Materials 2 Fevral 2018 11:15 (UTC +04:00)
Bu il özünüməşğulluq proqramına 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır.
Bu il özünüməşğulluq proqramına 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

2018-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına təqribən 6-7 min ailənin cəlb edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, bunun üçün İşsizlikdən Sığorta Fondunda toplanan vəsaitin 40 faizə yaxını yönləndiriləcək: “Bildiyiniz kimi, ötən il “İşsizlikdən sığorta haqqında” qanun qəbul olunub. Bu qanunun tətbiqi çərçivəsində toplanan pullar İşsizlikdən Sığorta Fondunda toplanacaq və bu vəsaitdən 40 faizə yaxını özünüməşğulluq proqramlarına yönəldiləcək”.

S.Müslümov xatırladıb ki, ötən il özünüməşğulluq proqramının reallaşdırılması üçün 6 milyon manat təyin olunub və bu proqram 1300-ə yaxın ailəni əhatə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdi ki, bu il özünüməşğulluq proqramı daha da böyük həcmdə icra ediləcək:

"Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti