...

Azad Rəhimov: Azərbaycan gəncləri seçkilərdə yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Gündəm Materials 9 Fevral 2018 18:29 (UTC +04:00)
Azərbaycan gəncləri prezident seçkilərində fəal iştirak edəcək və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək
Azad Rəhimov: Azərbaycan gəncləri seçkilərdə yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Bakı. Trend:

Azərbaycan gəncləri prezident seçkilərində fəal iştirak edəcək və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsində keçirilən konfransda deyib.

O qeyd edib ki, aprelin 11-də keçiriləcək seçkilərə nazirlik gəncləri cəlb edəcək: “Son bir neçə il ərzində ölkədə iri idman tədbirləri, o cümlədən Avropa Oyunları, İslam Oyunları, Şahmat Olimpiadası keçirilib. Bu tədbirlərə yüz minlərlə Azərbaycan vətəndaşı cəlb olunub və idman obyektlərinin tikintisində və təşkilat işlərində iştirak edib. Bu, onlara təcrübə toplamaqda kömək edib. İndi onlar digər ölkələrdə keçirilən idman tədbirlərinə cəlb olunur. Azərbaycanlı gənclər Aşqabadda keçirilmiş Asiya Oyunlarının təşkilində fəal iştirak edib”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti