...

Müəllimlərin yerdəyişməsi zamanı hərbçi və şəhid ailələrinin üzvlərinə verilən üstünlüklə bağlı YENİLİK

Gündəm Materials 11 May 2018 15:45 (UTC +04:00)
Müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı hərbçi ailələrinə, şəhid ailələrinin üzvlərinə verilən üstünlük hüququ artıq yeni təsdiq olunmuş qaydalarda konkret meyarlar sırasına salınıb.
Müəllimlərin yerdəyişməsi zamanı hərbçi və şəhid ailələrinin üzvlərinə verilən üstünlüklə bağlı YENİLİK

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı hərbçi ailələrinə, şəhid ailələrinin üzvlərinə verilən üstünlük hüququ artıq yeni təsdiq olunmuş qaydalarda konkret meyarlar sırasına salınıb.

Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

Onun sözlərinə görə, həyat yoldaşı hərbi qulluqçu olan müəllimin yerdəyişmə müsabiqəsində iştirakı zamanı müəyyən güzəştlər tətbiq ediləcək: “Sırf bu məqam yerdəyişmə ilə əlaqədar builki ən ciddi yeniliklərdən biridir. Düzdür, biz əvvəlki illərdə də yerdəyişmə müsabiqəsi zamanı hərbçi ailələrinə, şəhid ailələrinin üzvlərinə üstünlük hüququ verirdik. Sadəcə olaraq, bu üstünlük bu il təsdiq olunmuş qaydalarda artıq konkret meyarlar sırasına salınıb. Yeni qaydalarda hansı hallarda nə kimi güzəştlərin edilməsi öz əksini tapıb”.

M.Camalzadə əlavə edib ki, yerdəyişmə zamanı əsas göstərici müəllimin işə qəbul üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə topladığı baldır:

“Amma əgər hər hansı namizədin əri və ya arvadı hərbçidirsə, özü şəhid ailəsinin üzvüdürsə, onda həmin şəxslərin müsabiqədə topladıqları bal 1,1 artım əmsalına vurularaq hesablanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti