...

Bakıda şagirdlərə əxlaqsız təkliflər edən şəxs saxlanıldı

Gündəm Materials 26 Sentyabr 2018 14:53 (UTC +04:00)
25 sentyabr saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.
Bakıda şagirdlərə əxlaqsız təkliflər edən şəxs saxlanıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

25 sentyabr saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.

Trend-in məlumatına görə, həmin şəxsin videogörüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və videogörüntüləri polis əməkdaşlarına təqdim ediblər.

Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər məktəblinin dostlarına təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti