...

İdman mərc oyunları keçirənlərin vəzifələri artırılıb

Gündəm Materials 28 Sentyabr 2018 09:39 (UTC +04:00)
Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxsin hüquq və vəzifələri artırılıb.
İdman mərc oyunları keçirənlərin vəzifələri artırılıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxsin hüquq və vəzifələri artırılıb.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edilib.

Qaydaya edilən yeni əlavəyə əsasən, operatorun hüquq və vəzifələrindən biri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” qanununda nəzərdə tutulmuş tələblərə əməl etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti