...

Ölkədə liftlərin 90 faizinin lisenziya müddəti başa çatıb, bu səbəbdən...

Gündəm Materials 22 Oktyabr 2018 13:10 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda liftlərin 90 faizi birillik lisenziyaların müddətinin başa çatdığına görə qeyri-standart hesab olunur.

Trend-in məlumatına görə, bunu İranın Lift və Eskalator Sənayesi Sindikatının rəhbəri Abbas Əbrişəmi deyib.

Onun sözlərinə görə, İranda liftlərin standartlaşdırılması icbari olmalıdır. Belə ki, liftlərə icbari standartlaşma lisenziyası verilməlidir.

A.Əbrişəmi hazırda ölkədə 700 mindən çox liftin işlədiyini və 450 min liftə minimum bir dəfə baxış keçirildiyini bildirib: “Onların standartlaşdırma lisenziyasının bir ildən artıq müddəti yoxdur və yoxlamadan keçirilərək yenidən lisenziya alınmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti