...

Bakıda rəfiqəsini doğrayıb zibil qutusuna atan qadına 17 il cəza verildi

Gündəm Materials 8 Noyabr 2018 20:00 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda rəfiqəsini doğrayıb zibil qutusuna atan qadına 17 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Qorlova 17 il azadlıqdan məhrum edilib

İttihama görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində doğranmış insan bədəni tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin 50-60 yaşlı qadın cinsinə aid olduğu müəyyən edilib. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti