...

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb (FOTO)

Gündəm Materials 11 Mart 2019 21:43 (UTC +04:00)
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bolqarıstanlı həmkarı ilə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Bolqarıstan Respublikasına rəsmi səfəri başlayıb.

Mdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib, önünə əklil qoyub.

Sonra general-polkovnik N.Sadıkov Bolqarıstanlı həmkarı general Andrey Botsev ilə görüşüb.

Qonaqları salamlayan general A.Botsev vurğulayıb ki, Bolqarıstan Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan ilə Bolqarıstan arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

Bolqarıstana səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov ölkələrimiz arasında hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahədə mövcud əməkdaşlığın perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti