...

Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

Gündəm Materials 18 Mart 2019 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölməsinin direktoru, səfir Mixael Zibertlə görüşüb
Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölməsinin direktoru, səfir Mixael Zibertlə görüşüb.

Trend-in məlumatına görə, bu barədə H.Hacıyev öz “Twitter” səhifəsində yazıb.

PA rəsmisi bildirib ki, görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

H.Hacıyev, həmçinin Almaniyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasından həmkarları ilə görüşəcək, Almaniya parlamentində Cənubi Qafqaz mövzusunda çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti