...

Ali təhsil müəssisələrinin və AMEA magistraturalarına qəbul imtahanı başa çatıb

Gündəm Materials 26 May 2019 21:55 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib
Ali təhsil müəssisələrinin və AMEA magistraturalarına qəbul imtahanı başa çatıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, bu il ilk dəfə olaraq 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verən bakalavrlar test imtahanını kompüter vasitəsilə veriblər.
Mayın 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya Komissiyasına 27, 29 və 30 may 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti