...

Tovuz sakini Gədəbəydə maşını aşırdı - özü öldü, sərnişin yaralandı

Gündəm Materials 1 İyul 2019 19:56 (UTC +04:00)
Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Tovuz sakini Gədəbəydə maşını aşırdı - özü öldü, sərnişin yaralandı

Bakı. Samir Əli - Trend:

Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

Trend-in məlumatına görə, iyunun 30-da saat 9 radələrində Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində rayon sakini Y.Ələkbərov idarə etdiyi “UAZ” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinlər - Tovuz rayon sakinləri İlqar Sadıqov və B.Nəsibov xəstəxanaya yerləşdirilib. İ.Sadıqov isə xəstəxanada həyatını itirib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti