...

Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada

Gündəm Materials 23 İyul 2019 14:05 (UTC +04:00)
Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb
Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada

Bakı. Elçin Mehdiyev - Trend:

Abşeron rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Abşeron rayonunun Təzəkənd kəndi ərazisində Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə Z.Məmmədovun sərnişini - həmyerlisi Samir Talıbov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti