...

Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

Hadisə Materials 18 Sentyabr 2019 20:37 (UTC +04:00)
Bakıda qadın küçədə bıçaqlanıb.
Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda qadın küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Cəlilabad rayonunda qeydiyyatda olan, Binqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, nömrəsiz evdə kirayədə yaşayan, 1987-ci il təvəllüdlü Əmiraslanova Sevil Vidadi qızı küçədə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda qadının kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti