...

Sumqayıtda uçan binada məskunlaşan məcburi köçkünlər yeni yaşayış kompleksinə köçürüləcək

Gündəm Materials 10 İyun 2020 11:35 (UTC +04:00)
Sumqayıt şəhər İcra hakimiyyəti şəhər ərazisində binada pilləkənin uçması ilə bağlı məlumat yayıb.
Sumqayıtda uçan binada məskunlaşan məcburi köçkünlər yeni yaşayış kompleksinə köçürüləcək

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhər İcra hakimiyyəti şəhər ərazisində binada pilləkənin uçması ilə bağlı məlumat yayıb.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, şəhərin 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb:

"5 nəfər ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir. Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti