...

Bakı Metropoliteninə yeni xidmət rəisi təyin olundu

Gündəm Materials 21 İyul 2020 10:49 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
Bakı Metropoliteninə yeni xidmət rəisi təyin olundu

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov tutduğu vəzifədən azad edilərək qurumun Hərəkət Xidmətinin rəisi təyin olunub. Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi vəzifəsinə isə Ruslan Seyidov təyin olunub.

Xatırladaq ki, ötən ay "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin rəisi Etibar İsayev ürəktutmasından qəfil dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti