...

Bu il 1361 km yeni qaz xətti çəkilib

Gündəm Materials 30 Dekabr 2020 12:13 (UTC +04:00)
Bu il 1361 km yeni qaz xətti çəkilib

Bakı. Samir Əli - Trend:

2020-ci ilin 11 ayı ərzində 1361 km yeni qaz xətti çəkilib.

Trend-in məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

O, bildirib ki, 554 km qaz xətti təmir edilib. Bundan əlavə 321 km qaz xəttinin təmiri Regional qaz istismarı İdarələrinin imkanları hesabına reallaşdırılıb. “Bu gün “Azəriqaz” İB-nin 8 min nəfərdən çox kollektivi ölkədə 69,2 min km uzunluğunda olan müxtəlif diametrli qaz paylayıcı şəbəkəyə, 2 milyon 370 mindən çox əhali abonentinə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti