Bakı. İlhamə İsabalayeva – Trend:
Tələbə köçürmələri zamanı köçürülmək istəyən tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər.
Trend-in məlumatına görə, bu barədə danışarkən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib ki, fevralın 1-dən tələbə köçürmələrinə başlanılır.
N.Məmmədli qeyd edib ki, fevralın 1-dən tələbə köçürmələri prosesi başlanılsa da sessiya imtahanları bitməyəcək: “Transfer zamanı tələbələrin imtahan verəcəkləri fənn üzrə qiymətləri nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.