...

ANAMA işğaldan azad olunan ərazilərin 3 milyon 660 min 632 kvadratmetrini təmizlədi

Gündəm Materials 31 Mart 2021 11:32 (UTC +04:00)
ANAMA işğaldan azad olunan ərazilərin 3 milyon 660 min 632 kvadratmetrini təmizlədi

Füzuli. Samir Əli - Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərin 3 milyon 660 min 632 kvadratmetrini minalar və digər partlamamış sursatlardan təmizləyib.

Agentlikdən Trend-in Qarabağ bürosuna verilən məlumata görə, həmin ərazilərdən 471 ədəd partlamamış hərbi sursat, 527 ədəd piyada əleyhinə mina, 540 ədəd tank əleyhinə mina, 130 ədəd isə tank əleyhinə minanın partladıcısı aşkar edilib.

Təcili və təxirəsalınmaz əməliyyatlar zamanı agentliyə 264 çağırış olub. Nəticədə 2167 ədəd partlamamış hərbi sursat, 4224 piyada əleyhinə mina, 1181 ədəd tank əleyhinə mina, 2064 ədəd partladıcı, 567 ədəd partlamış mərmi və qalıqları, 300 ədəd isə bombacıq aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti