...

Sabunçuda əl qumbarası tapılıb (FOTO/VİDEO)

Gündəm Materials 7 İyun 2021 12:21 (UTC +04:00)
Sabunçuda əl qumbarası tapılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı 1 ədəd "F-1" əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti