...

Mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var - Tbilisi meri

Gündəm Materials 14 İyul 2021 17:04
Mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var - Tbilisi meri

Trend-i buradan izləyin

Bakı. Trend:

Mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var.

Trend-in məlumatına görə, bunu Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze iyulun 14-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Tbilisi meri bildirib:

"Cənab Prezident, ilk növbədə, məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bakı şəhərinə gəlmək mənim üçün həmişə xoşdur. Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib. Şəhər gündən-günə gözəlləşir, abadlaşır, biz bunu alqışlayırıq. Bugünkü səfər üçün bir daha təşəkkür edirəm.

Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyiniz üçün Sizə təşəkkür edirəm. Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam".

Xəbər lenti

Xəbər lenti