...

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilir (FOTO)

Gündəm Materials 26 Avqust 2021 17:28 (UTC +04:00)
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilir (FOTO)

Bakı. Trend:

İllik fəaliyyət planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi hissələrdə keçirilən təbliğat-təşviqat işləri və mədəni-kütləvi tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Mərkəz tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının mütəmadi olaraq qarnizonda, işğaldan azad edilən ərazilərimizdəki hərbi hissələrin şəxsi heyəti qarşısında çıxışları olur, eləcə də konsert proqramları və filmlər təqdim edilir.

Əsgərlər üçün Gəncə şəhərinə ekskursiya da təşkil olunub. Onlar Gəncə şəhərindəki Şah Abbas məscidini, Cavad xanın məzarını, “Gəncə Tarix Diyarşünaslıq Muzeyi”ni, Akademik Mircəlal Paşayevin və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Ev muzeylərini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, “Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi” Abidə Kompleksini, Nizami Gəncəvi Muzeyini, Nizami Gəncəvi Məqbərə Kompleksini və digər tarixi yerləri ziyarət ediblər.

Xalqımızın tarixini və mədəniyyətini əks etdirən eksponatlar, qədim dövrdə istifadə olunan məişət əşyaları, onlar haqqında ətraflı məlumat əsgərlərin marağına səbəb olub.
Keçirilən tədbirlər hərbi qulluqçuların mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti