...

Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini

Gündəm Materials 16 Oktyabr 2021 14:22 (UTC +04:00)
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini

Bakı. Samir Əli - Trend:

Ermənistan ərazisindən keçib gələn çaylarımız ermənilər tərəfindən çirkləndirilir.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, Ermənistan ərazisindən 4 çayımız - Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayları keçir: "Bu çayların içərisində çirklənməsinə görə kritik vəziyyətdə olan Oxçuçaydır. ETSN və digər aidiyyəti qurumlar Ermənistanın çayı çirkləndirmənin durdurulması ilə bağlı əməli işlərə başlayıb. Çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir. Çünki ora qayıdan əhali təmiz su ilə təmin edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti