...

İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırma başlandı

Gündəm Materials 20 Oktyabr 2021 10:56 (UTC +04:00)
İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırma başlandı

Bakı. Trend:

Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma başlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti