...

"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını demək hələ tezdir - ÜST

Gündəm Materials 5 Dekabr 2021 23:31 (UTC +04:00)
"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını demək hələ tezdir - ÜST

Bakı. Trend:

İlkin məlumatlar koronavirusun "omikron" ştammı ilə yoluxanların COVID-19-u daha yüngül formada keçirtdiyini göstərir. Lakin bununla bağlı yekun nəticə çıxarmaq hələ tezdir.

Trend-in məlumatına görə, bu barədə "CBS" telekanalının efirində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bildirib.

Onun sözlərinə görə, "omikron" ştammının səbəb olduğu xəstəliyin ağır olma dərəcəsinə dair məlumatlar hər gün yenilənir:

"İlkin məlumatlar göstərir ki, "omikron" ştammına yoluxan insanlar adətən xəstəliyi daha yüngül formada keçirirlər, lakin bu barədə danışmaq hələ tezdir".

M.Van Kerkhove qeyd edib ki, bu, xəstəliyə yoluxmadan tam sağalana qədər müddətdən keçmə prosesi vaxt tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti