...

“Omikron” ştammına yoluxanlarda iştah zəifliyi müşahidə olunur - Həkim

Gündəm Materials 24 Fevral 2022 17:39 (UTC +04:00)
“Omikron” ştammına yoluxanlarda iştah zəifliyi müşahidə olunur - Həkim

Bakı. Fərid Zöhrabov - Trend:

Koronavirusun “omikron” ştammının simptomları çox vaxt "delta" ştammının simptomlarına bənzəyir.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Son zamanlar “omikron” ştammına yoluxanların ən çox şikayət etdiyi hal iştahın olmamasıdır. Bu, əsasən xəstəliyi kəskin keçirən insanlarda müşahidə edilir. Bunun da əsas səbəbi yuxarı tənəffüs orqanlarında güclü iltihabın baş verməsidir. Buna görə xəstəliyə yoluxan insanlar narahat olmasın. Bir müddət sonra qidalanma qaydasına düşəcək", - həkim qeyd edib.

Onun sözlərinə görə, yeni ştamm yoluxan insanın sağlamlığına əvvəlki ştamlar kimi təsir edir, əsasən laxtalanma, ishal, sümüklərin ağrıması, iştahsızlıq, sinir sistemi, yaddaşın zəifləməsi kimi fəsadlara yol açır. Bu hal xəstə sağaldıqdan sonra da bir müddət davam edə bilər.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 781 538 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test icra olunub.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti