...

Ukraynadan olan qaçqınların sayı 3,7 milyonu ötüb - BMT

Gündəm Materials 27 Mart 2022 21:28 (UTC +04:00)
Ukraynadan olan qaçqınların sayı 3,7 milyonu ötüb - BMT

Bakı. Trend:

Hərbi əməliyyatlar başlayandan Ukraynanı 3,7 milyondan çox insan tərk edib.

Trend xəbər verir ki, bu barədə Axios portalı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR) istinadən məlumat yayıb.

Qeyd olunur ki, ən çox insan Polşaya üz tutub – 2,1 milyon. Rumıniyaya 555 min nəfər, Moldovaya 371 min nəfər, Macarıstana 324 min nəfər, Slovakiyaya isə 256 min nəfər keçib. Rusiya ərazisinə Ukraynadan 271 min qaçqın, Belarusa isə 4,9 min nəfər gəlib.

Bundan əlavə 6,5 milyon insan məcburi köçkün hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti