...

Türkiyə suriyalı qaçqınların könüllü qayıtmasını təmin edəcək - Ərdoğan

Gündəm Materials 9 May 2022 22:56 (UTC +04:00)
Türkiyə suriyalı qaçqınların könüllü qayıtmasını təmin edəcək - Ərdoğan

Bakı. Trend:

Türkiyə hakimiyyəti Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların öz vətənlərinə könüllü və ləyaqətlə qayıtmaları üçün bütün lazımi şəraiti təmin etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"Türkiyədəki suriyalı qaçqınların sayı onların öz vətənlərinə könüllü qayıtmaları üçün lazımi şərait yaradıldıqda məqbul səviyyəyə enəcək", - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq humanitar təşkilatların ayırdığı maliyyə sayəsində hazırda Suriyanın 13 rayonunda bu ölkədən olan qaçqınlar üçün 200 min ev tikir.

Türkiyə prezidenti bildirib ki, Türkiyənin müvafiq strukturlarının araşdırmalarına görə, ölkədə yaşayan bir milyondan çox suriyalı sığınacaq axtaran şəxs vətənlərinə qayıtmaq istəyir.

Ərdoğan onu da qeyd edib ki, 2016-cı ildən bəri müxtəlif yollarla Türkiyəyə daxil olan və ölkələrinə geri göndərilən qeyri-qanuni miqrantların sayı 320 min nəfəri keçib.

Türkiyə prezidenti əlavə edib ki, müharibə başlayandan sonra Ukraynadan Türkiyəyə gələnlərin sayı 100 minə çatıb. Ölkə prezidenti ona da bildirib ki, Türkiyə Boraltan körpüsü faciəsini bir daha bu xalqa yaşatmayacaq: "Biz məzlumları qatillərə təslim etməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti