...

Diaspor fəalı tarixi artefaktı Azərbaycana qaytarıb (FOTO)

Gündəm Materials 16 İyul 2022 13:22 (UTC +04:00)
Diaspor fəalı tarixi artefaktı Azərbaycana qaytarıb (FOTO)

Bakı. Trend:

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, diasporumuzun fəal üzvlərindən biri Yeganə Salman Milli Azərbaycan Tarixi Muzeyində olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, muzeyin icraçı direktoru Fərhad Cabbarovla görüşən Yeganə Salman ötçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçən bir soydaşımız tərəfindən aparılan tarixi artefaktı – saxsı badyanı muzeyə hədiyyə edib.

Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. II minilliyin sonu-I minilliyin əvvələri) aid olan bu badyanın muzeyin zəngin arxeoloji kolleksiyasında yer alacağını deyən F.Cabbarov Azərbaycanın qədim tarixinin bir parçası olan eksponatın Vətənə qaytardığına görə Yeganə xanıma öz təşəkkürünü bildirib və İsraildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün gördüyü işlərdə ona uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti