...

Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimi keçirilib (FOTO)

Gündəm Materials 15 Avqust 2022 19:54 (UTC +04:00)
Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimi keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, yarışda 4 komanda - Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak edib.

Yarışın keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaradılmasıdır.

"Dəniz kuboku"beynəlxalq yarışlarda iştirak edən gəmilər:

1.Azərbaycan Hərbi Dəniz Qüvvələri:
-G-124 gözətçi gəmisi;
-G-122 gözətçi gəmisi.

2.Rusiya Hərbi Dəniz donanmasının Xəzər flotiliyası:
-" Mahaçkala"gəmisi;
-"Astraxan"gəmisi.

3.İran Hərbi Dəniz Qüvvələri
-"Peykan"raket kateri;
-"Cövşən"raket kateri.

4.Qazxıstan Hərbi Dəniz Qüvvələri:
-"Oral"gəmisi;
-"Sarıarka" gəmisi.

Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir.

Bundan əlavə "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino hərbi poliqonunda "Dostluq evində" Azərbaycan pavilyonu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti