Bakı. Trend:
700 biloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.
Trend-in məlumatına görə, bu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2022-ci ilin yanvar – iyun ayları ərzində həyata keçirdiyi fəaliyyətlərə dair statistik məlumatda qeyd olunur.
Bildirilir ki, bu nümunələr mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo- sosioloji dəstək göstərilib.
Üç superviziya sessiyası bioloji istinad nümunələri götürülərkən
itkin düşmüş
şəxslərin ailə üzvlərinə dəstək göstərən müşayiətçilər üçün
keçirilib.
İtkin düşmüş şəxslərin taleyinin və olduğu yerinin müəyyən
olunması tədbirlərində iştirak edən müxtəlif milli qurumlardan 53
nümayəndə üçün növbəti mövzularda üç beşgünlük kurs keçirilib:
İnsan qalıqlarının götürülməsi, təməl osteoloji təhlil və
məhkəmə arxeologiyası üzrə maarifləndirmə.