Bakı. Trend:
Smartfonunuzun texniki xüsusiyyətlərini yoxlamağa, sensor ekran və lazımsız zəng yönləndirməsini söndürməyə imkan verən faydalı kodlar.
Trend-in məlumatına görə, bir çox smartfon istifadəçisi gündəlik olaraq "MMI" kodlarından istifadə edir. Ancaq iki və ya üç tanış koddan əlavə, daha faydalı başqa kodlarda var. Bunlar hansılardır?
1) “*#06#” Smartfonun unikal IMEI nömrəsi haqqında məlumatları göstərir.
2) “*#0*#” Ekran yoxlanılır, ölü piksellər göstərilir.
3) “*#2222#” Android proqram təminatının versiyasını göstərir.
4) “*#1234#” Proqram təminatının versiyasını, modemi və bölgəni göstərəcək.
5) “*#0228#” Bu menyu batareyanın vəziyyəti haqqında məlumatı göstərir. Siz həmçinin “Quick Start” düyməsini sıxaraq baxa bilərsiniz.
6) “*#21#” Zəng yönləndirmənin aktiv olub olmadığını və hansı nömrəyə olduğunu göstərir.
7) “##002#” Bütün zənglərin yönləndirilməsini deaktiv etməyə imkan verir.
8) “*#0808#” USB parametrlərini konfiqurasiya edə bilərsiniz. Nə demək istədiklərini bilmirsinizsə, onlara toxunmayın.
9) “*#9900#” Sistemin təmizlənmə rejimi. Siz sistem resurslarının zibillərini, eləcə də problemləri tapa biləcəyiniz iş qeydlərini əldə edə bilərsiniz.
10) “*#2663#” Sensor ekran proqramı haqqında məlumatı göstərir. Siz həmçinin Wi-Fi versiyasını yoxlaya bilərsiniz.
Bəzi smartfonlar üçün bu əmrlər işləməyə bilər. Bu, yalnız əməliyyat sisteminin versiyasından deyil, həm də cihazın özündən asılıdır.