...

Bu il tələbə təqaüdləri 20 faiz artırılıb

Gündəm Materials 4 Noyabr 2022 17:08 (UTC +04:00)
Bu il tələbə təqaüdləri 20 faiz artırılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il tələbə təqaüdləri 20 faiz artırılıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bugünkü birgə iclasında 2023-cü ilin büdcə müzakirələri zamanı deyib.

Sahil Babayev müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması məsələsinə də toxunub.

"Bu, daimi olaraq Azərbayan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir. Müharibə əlilləri, şəhid ailələri, müharibə iştirakçılarına dəstək verilməsi və bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda bizim 170 mindən çox müharibə veteranımız var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlili 8 800 özünüməşğulluq proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara qarşı göstərilən diqqət daimi olacaq”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti