...

Qaçqınların siyahıya alınması məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək - İcma

Gündəm Materials 15 Dekabr 2022 10:37 (UTC +04:00)
Qaçqınların siyahıya alınması məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək - İcma

Bakı. Trend:

Qərbi Azərbaycan icması açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada bildirilir ki, son günlər 1988-1991-ci illərdə Qərbi Azərbaycandan (Ermənistan SSR) qovulan qaçqın soydaşlarımızın Qərbi Azərbaycan İcması tərəfindən siyahıya alınması və bu prosesə yerli dövlət qurumlarının da qoşulması ictimai müzakirələrə səbəb olub.

"Media nümayəndələri ilə yanaşı qaçqınlar da icmaya çoxlu suallarla müraciət edirlər. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli bildirir ki, narahatlığa heç bir əsas yoxdur. Qərbi Azərbaycan İcması yaxın günlərdə ictimaiyyətə bu məsələ ilə bağlı geniş açıqlama verəcək" - icma qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti