Bakı. Trend:
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - deyə nazirlik qeyd edib.