...

Əməkhaqqı və pensiyaların artırılması dövlət siyasətində vətəndaş amilinin öndə dayandığını göstərir

Gündəm Materials 9 Yanvar 2023 13:29 (UTC +04:00)
Əməkhaqqı və pensiyaların artırılması dövlət siyasətində vətəndaş amilinin öndə dayandığını göstərir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixdə imzaladığı Sərəncamla minimum əməkhaqqının məbləği 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Belə bir qərarın verilməsi çox önəmli bir addımdır. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Prezidentin Sərəncamı ilə həmçinin minimum aylıq pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur.

“Göründüyü kimi, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və bu, ictimaiyyət tərəfindən çox yüksək qarşılanır”, - deyə deputat əlavə edib.

C.Osmanov qeyd edib ki, dövlət başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır. “Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə cənab Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görür. Bu gün ölkə Prezidenti tərəfindən atılan bu addımlar gələcək perspektivə hədəflənib. Minimum aylıq əməkhaqqının artırılması işçilərin yalnız bu gün üçün maaş formasında gəlirlərinin çoxalması deyil, onların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya daha da artır”, - deyə deputat əlavə edib.

Deputat həmçinin bildirib ki, şəhid ailələrinə və müharibə əllilərinə xüsusi qayğı hər zaman Prezidentin nəzarətində olub.

“Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlanıb.

“Cənab Prezident İlham Əliyev bu təbəqədən olan insanlara xüsusi diqqət yetirərək bu günə qədər 13300 şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi evlərin və mənzillərin verilməsi həyata keçirilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib. Eyni zamanda onlar üçün təqaüd və müavinətlər orta hesabla 60 faiz artırılıb

Sadaladığım bu tədbirlər bir daha göstərir ki, bu təbəqədən olan insanlara cənab Prezidentin diqqət və qayğısı hər zaman yüksək olub”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti