...

Laçın-Xankəndi yolunda aksiya qoşulanların sayı artmaqdadır (FOTO)

Gündəm Materials 12 Yanvar 2023 15:03 (UTC +04:00)
Laçın-Xankəndi yolunda aksiya qoşulanların sayı artmaqdadır (FOTO)

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 32 gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiyanın 32 -ci günündə hava hərarətinin -10-12 dərəcə olmasına baxmayaraq aksiyada iştirakçılar etirazlarını davam etdirirlər. Aksiya qoşulanların sayı artmaqdadır, bu dəqiqələrdə aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər. Onlar da digərləri kimi Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Xəbər lenti

Xəbər lenti