...

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 19 Mart 2023 00:04 (UTC +04:00)
Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 229 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 80, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 952 706, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 557, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 686, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 603, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 860 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti