Bakı. Trend:
Pentaqonun rəqəmsal texnologiya və süni intellekt (Sİ) direktoru Kreyq Martell "ChatGPT" çat-botunu "dezinformasiya yaymaq üçün ideal alət" adlandırıb.
Trend-in məlumatına görə, bu barədə "Breaking Defense" nəşri xəbər verib.
O, "ChatGPT" kimi generativ süni intellekt sistemlərinin inkişafından qorxduğunu etiraf etdi.
Mütəxəssis qeyd edib ki, onun "ChatGPT" ilə bağlı ən böyük narahatlığı botun öz fikirlərini sərbəst ifadə etməsi ilə bağlıdır. Nəticədə, K.Martellin fikrincə, istifadəçilərdə bu sistemin nüfuzlu olduğu təəssüratı yarana bilər: "Bu o deməkdir ki, o, dezinformasiya yaymaq üçün ideal alətdir".