...

Xırdalanda qadının parkda atraksiondan yıxılıb ölməsinə görə cinayət işi başlanıb

Gündəm Materials 16 İyun 2023 11:00 (UTC +04:00)
Xırdalanda qadının parkda atraksiondan yıxılıb ölməsinə görə cinayət işi başlanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalanda qadının parkda atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanıb.

Baş prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti