...

Ordumuzun nəzarətinə keçən kənddə mina partlayışı ilə bağlı araşdırma aparılır

Gündəm Materials 22 Sentyabr 2023 16:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bu gün Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb.

“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür”, - qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti